19 Ekim 2017 Perşembe

Coğrafiya dərslərində İKT-dən istifadə- “Ən yaxşı müəllim”müsabiqəsinin qalibi, Coğrafiya İnstitutunun disertantı Aqil İsayev,

Coğrafiya dərslərində İKT-dən istifadə
Mən İsayev Aqil Nadir oğlu 17.12.2014 -cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncəmı ilə “Ən yaxşı müəllim”müsabiqəsinin qalibi oldum. Müsabiqədə qalib olmasaydım təəssüflənməzdim. Çünki bu müsabiqədə heç kim heç nə itirmədi, əksinə, qazandı. Müəllimlər bu müsabiqədə təcrübə mübadiləsi apardılar.
Akademik Budaq Budaqov
Bu yarışma müəllimlər üçün bir stimuldur. Stimul nailiyyətə aparır və rəqabət hissini gücləndirir. Buna görə mən cənab prezidentimiz İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Mənim məqsədim təkcə ali və orta ixtisas məktəblərinə şagird hazırlaşdırmaq, onlara bunun yolunu göstərmək yox, həm də milli və umumbəşəri dəyərlərə malik, dünyagörüşlü bir şəxsiyyət yetişdirməkdir. Hər bir müəllim öz fənini tədris edən zaman fikirləşməlidir ki, mən öz şagirdlərimə hansı bilik və bacarıqları öyrətməliyəm ki.bu bilik və bacrıqlar ona gələcəkdə bir vətəndaş kimi formalaşmasıda əsaslı rolu olsun.
Mən həm də Təhsil Problemləri İnstitutunda Joğrafiya fənni üzrə işçi qrupunun üzvüyəm. “Gənc Geoloqlar” layihəsinin rəyçilərindən biriyəm. Elektron xəritələr, “Gənc Topoqraflar və Gənc Ekoloqlar” layihəsini işləyib hazırlayıram. Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun orta məktəb fənn müəllimləri üçün təşkil etdiyi treninqlərdə yeni fənn kurikulumunun tətbiqi ilə bağlı treniqlərdə təlimçi olmuşam. Müxtəlif rayonlarda 300-dən artıq müəllimə dərs demişəm. Mən, öz növbəmdə, Azərbaycan təhsilinin gələcək inkişafı üçün əlimdən nə gəlirsə etməyə çalışacağam və “Ən yaxşı müəllim” adını şərəflə qoruyacam.
Beynəlxalq seminarda
Şəmkir Rayon RTŞ-in müdur müavini Hafiz Pənahovla

Respublikamızın təhsil sahəsində İKT-nin tətbiq olunması ilə bağlı muxtəlif dövlət proqramları qəbul olunmuşdur. Bu proqramlarda nəzərdə tutulan işlər uğurla yerinə yetirilmiş və təhsilimizin inkişafında əhəmiyyətli rol oynamışdır. Çünki, XXI əsrin tələblərinə cavab verən dərslərin qurulmasında İKT-nin rolu danılmmazdır.
Möhtərəm prezidentimiz İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında” təhsil verənlərin innovativ təlim metod və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsi, təhsil müəssisələrində informasiya komnukasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastruktrun yaradılması göstərilmişdir. Bu strategiyada göstərilən digər strteji hədəf və tədbirlər İKT-nin təlim fəaliyyətində uğurlu tətbiqinə daha da əlverişli şərait yaradacaq.
Kurikulum islahatlarını zəruri edən səbəblərdən biri də informasiya əsrinin tələbləridir ki, kurikulumlar və dərsliklər hazırlanarkən bu sahəyə daha çox yer verilməsi şagirdlərin ümumi bilik, bacarıq və vərdişlərinin mükəmməl şəkildə formalaşmasında mühüm rol oynayır. Müxtəlif internet saytlarından, multimediya vasitələrindən və komputer proqramlarından (Coğrafi İnformasiya Sistemləri (CİS) Google Earth, Google map və s.) istifadə təlimdə yeni yanaşmaların uğurlu təşkil olunmasına əlverişli şərait yaradır. İstənilən coğrafi hadisələrin vizual izlənməsi həm şagirdlərin dərsə marağını artırır, həm də onların intellekt səviyyəsini yüksəldir. 
Kurikulum tətbiq edilən siniflərdə coğrafiya dərslərində müxtəlif mövzularda motivasiyanin qurulmasında, eyni vaxtda müxtəlif qruplara fərqli tapşırıqların verilməsində, nəticə və ümumiləşmədə İKT-nin rolu böyükdür. Təcrübə götərir ki, coğrafiya dərslərində Coğrafi İnformasiya Sistemlərindən istifadə şagirdlərə təhsilin məzmununu daha yüksək səviyyədə mənimsəməyə şərait yaradar. Çünki coğrafi İnformasiya Sistemləri, coğrafi obyekt və hadisələrə aid məkansal və atributiv məlumatların toplanmasını, saxlanmasını, yeniləşdirilməsini, analizini, modelləşdirilməsini, proqnozunu hazırlayan və bunları kompüter ekranında və ya kağız üzərində göstərən, planlamada və problemin həll yollarının tapılmasında istifadə edilən kompüter dəstəkli bir texnologiyadır. Coğrafi İnformasiya Sistemləri yer kürəsini və fəzanı bütün xüsusiyyətləri ilə birlikdə təsvir edir, onlara aid məlumatları saxlayır, müxtəlif növlü informasiyaları təhlil və inteqrasiya edir, bunların nəticəsində müxtəlif proqnoz və ssenarilər hazırlayır. Müasir dövrdə ESRI, Map-Info və Integraph kimi şirkətlər CİS-nin qurulmasında, inkişaf etdirilməsində və yayılmasında çox mühim əhəmiyyətə malikdirlər. Coğrafi İnformasiya Sistemləri layihələrində geniş tətbiq olunan proqram vasitələri kimi ArcGIS, AutoCAD və s. proqramlardan istifadə olunur. Məkansal və atributiv məlumatları, bu məlumatlar arasındakı məntiqi və topologiya əlaqələrini birləşdirən və məkansal təhlilləri reallaşdırma imkanına sahib olan Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyası inkişaf etdirilmişdir.
Dünyada ilk dəfə 1960-cı illərdə Coğrafi İnformasiya Sistemi Kanada (CGIS: Canadian Geographic Information System) dr. Roger F. Tomlinson tərəfindən yaradılmışdır. Respublikamızda isə 2000-ci ildən GİS müxtəlif sahələrdə tətbiq olunmağa başlanmışdır.
Bildiyimiz kimi, coğrafiya dərslərində xəritələrin rolu böyükdür. Coğrafi İnformasiya Sistemlərində xüsusi proqramlar (ArcCatalog, ArcMap, ArcGlobe, ArcScene) xəritələrə nisbətən daha çox əlverişlidir.
Xəritələrdə göstərilən dağlar adlarına və rənginə görə müəyyən edilir. Lakin CİS-də 3D formatında dağların forması (zirvəsi, yamacı, ətəkləri) su hövzələrinin dib relyefi də çox aydın nəzərə çarpır ki, bu da şagirdləri daha diqqətli və maraqla dərsi izləməyə müxtəlif maraqlı fikirlər söyləməyə sövq edir. Xəritədə bir müstəvi üzərində həddən artıq məlumat bazası ilə yükləndiyi üçün şagirdlər coğrafi obyeklərin oxunmasında çətinlik cəkir. CİS-də istənilən coğrafi obyektləri məs. çaylar, kanallar, göllər və s. haqqında məlumat almaq daha əlverişlidir. Burada panellərdə göstərilən xüsusi işarələrlə coğrafi obyektləri bir-birindən ayırılıqda göstərmək olar. CİS-də şəti işarələrin mövcudluğu xəritələrin məlumatlılığını və əhəmiyyətini artırır.

Şagirdlərin kontur xəritə üzərində coğrafi obyektləri işləməsinin əhəmiyyəti yüsək olduğu kimi, gələcəkdə bu obyektləri CİS-də işləmək daha maralı, dəqiq və əhəmiyyətli olacaq.
Coğrafi İnformasiya Sistemlərindən istifadə öz növbəsində inteqrativliyi təmin edir. Coğrafiya dərslərində multimedia vasitələrinə (tədris SD-ləri, disketlər və s.) daha çox ehtiyac var. Çünki bu vasitələr şagirdlərdə əyaniliyin təmin olunmasına şərait yaradar, qısa vaxt ərzində daha çox mükəmməl bacarıqların əldə edilməsinə geniş imkanlar açar.

Azərbaycanın Elektron Google Maps xəritəsi

Azərbaycanın Elektron Google Maps xəritəsi
http://www.gomap.az/maps/az/@/map;x=5551239.1792109255;y=4918913.8627218045;z=11

Dünyanın ən yüksək 10 Dağı

Dünyanın ən yüksək 10 Dağı

Bəs azərbaycanın ən yüksək dağlarının tanıyırsınızmı ? Əziz şagirdlər şərh bölməsinə yazın. Tez yazıb göndərənə bir xəritə hədiyyəmiz var!

Xəritələr haqda nümunəvi resurs


Xəritələr


Fiziki Coğrafi Rayonlaşdırma - Böyük Qafqaz Vilayəti - Xəritələr

Fiziki Coğrafi Rayonlaşdırma - Böyük Qafqaz Vilayəti - Xəritələr

Lənkəran Fiziki coğrafi Xəritəsi

Lənkəran Fiziki coğrafi Xəritəsi

Azərbaycanın qrunt suları

Azərbaycanın qrunt suları

Qrunt suları — Yer səthindən aşağı su keçməyən birinci lay üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızılan sulardan əmələ gəlir. Məhz ona görə də iri çayların, kanalların, su anbarlarının yaxınlığında qrunt sularının səviyyəsi yüksək olur. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarma rejimindən asılı olaraq qrunt sularının səviyyəsi, debiti, temperaturu və kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya minerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında şor, və ya çox minerallaşmış qrunt suları üstünlük təşkil edir.

Qrunt sularının böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı mənbəyi kimi sənaye müəssisələrində, şəhərlərdə, kəndlərdə və s.-də istifadə edilir

Azərbaycanın qrunt suları

Qrunt suları Kür-Araz ovalığında Yer səthinə yaxın yerləşməklə yüksək dərəcədə minerallaşmışdır. Kür-Araz ovalığının əksər sahələrində qrunt sularının səviyyəsi 1-5 metr dərinlikdədir. Bəzən qrunt suları səthə çıxır (xüsusilə suvarma mövsümündə) təsərrüfat işlərinə maneçilik törədir. Qanıx-Əyriçay vadisində, Lənkəran ovalığında qrunt sularının səviyyəsi ən çox 3-5 metr dərinlikdədir. Qrunt sularının səthə yaxınlaşdığı və ya səthə çıxdığı yerlərdə meşələr, çəmən, çəmən-bataqlıq landşaftları əmələ gəlmişdir. Azərbaycan Respublikasının dağlıq ərazilərində qrunt suları xeyli dərindədir. Aran rayonlarında suvarma qrunt sularının rejimini müəyyən edən amillərdən biridir. Suvarma mövsümündə torpağa sızılan suların hesabına qrunt sularının səviyyəsi səthə yaxınlaşır, digər dövrlərdə isə aşağı düşür.
Böyük və Kiçik Qafqazın düzənliklərə qovuşduğu ərazilərdə yeraltı sular bulaqlar şəklində səthə çıxır. Xüsusilə Qusar maili düzənliyinin və Qanıx-Əyriçay çökəkliyinin dağətəyi hissəsində tektonik qırılmalarboyuncayeraltı suların təbii çıxışları daha çoxdur.

Coğrafiyanı buradan öyrən

Coğrafiyanı buradan öyrən 

Azərbaycanın coğrafi mövqeyi

Azərbaycanın coğrafi mövqeyi VIII sinif dərs




Azərbaycanın İqtisadi Rayonları

Azərbaycanın İqtisadi Rayonları — Azərbaycanın iqtisadi-coğrafi cəhətdən rayonlaşdırılması. Azərbaycanın iqtisadi rayonlaşdırılması aşağıdakı kimidir.
  1. Abşeron
  2. Quba-Xaçmaz
  3. Dağlıq Şirvan
  4. Şəki-Zaqatala
  5. Aran
  6. Gəncə-Qazax
  7. Yuxarı Qarabağ
  8. Kəlbəcər-Laçın
  9. Lənkəran
  10. Naxçıvan

Azərbaycan Xəritəsi - Yaradıcılıq işi

Azərbaycan Xəritəsi - Yaradıcılıq işi



Elektron Xeriteler

Elektron xəritələrin tətbiq sahələri
rəqəmsalMüxtəlif miqyaslarda topoqrafik,  tematik,  inzibati idarəetmə, iqtisadi, regional, şəhər və yerli ərazi planlaşdırılması, kənd təsərrüfatı, konsolidasiya, kommunikasiya,  proqnoz, elmi, tarixi, turizm, nəqliyyat, iqlim, geomorfoloji, hidroqrafik, fiziki-coğrafi, ekoloji, 3D və s. xəritə növlərinin hazırlanması və məkan məlumatlarının emalı işlərini yüksək keyfiyyətlə həyata keçirmək mümkündür. ArcGİS platformasında və Coğrafi İnformasiya sistemləri (GİS) əsasında yaradılan rəqəmsal xəritələrin və məkan məlumat bazalarının əsası olaraq sahə ölçmələri, fotoqrammetriya və rəsmi xəritəşünaslıq məhsulları, sənədlər, statistik göstəricilər və digər mənbələrdən alınan qrafiki, vektor və sənəd məlumatlarından istifadə edir.
Iqlim


3d viewMəskunlaşma_Turizm 

Azərbaycan! Vətənim Mənim

Azərbaycan! Vətənim Mənim: Ölkəmizi Tanıyaq, Tanıtdıraq

https://www.youtube.com/watch?v=UBDkJoPsEQM

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizihövzəsinin şərqində yerləşir. Şimaldan Rusiya (Dağıstan)[9], şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir.[10] Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayonErmənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20%-ni təşkil edir.[11]Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.[12][13][14][15] Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.[14] Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin TürkmənistanQazaxıstan, İran və Rusiya sərhədə malikdir.
Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür DiliPirallahıÇilovXərə Zirə və Böyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.
Aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında MannaSkif padşahlığıAtropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə islamdininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında SacilərŞirvanşahlarSalarilərRəvvadilərŞəddadilər dövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan RusiyayaCənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.
Azərbaycan BMTAvropa ŞurasıAvropada Təhlükəsizlik və Əməkdaşlıq TəşkilatıGUAMŞərq TərəfdaşlığıTürk Şurasıİslam Əməkdaşlıq TəşkilatıBeynəlxalq Valyuta FonduAsiya İnkişaf BankıAvropa Yenidənqurma və İnkişaf BankıQara Dəniz İqtisadi Əməkdaşlıq TəşkilatıMAQATEKimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür.[16] 2017-ci ildə ABŞ-ın "Global Firepower" araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neftehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 849,5 milyard m3 həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.

Ekologiyamızı qoruyaq. O bizim gələcəyimizdir

Ekologiyanın çirklənməsi

https://www.youtube.com/watch?v=eiO3fVQbMO4

Suyun Dövranı-Əyani öyrən daim hafizəndə qalsın

Suyun Dövranı-Əyani öyrən daim hafizəndə qalsın

https://www.youtube.com/watch?v=wU8hs9m4GWo

metiori metiorit

Vulkan Nədir_İngilis dilində video görüntülərlə öyrən

Vulkan Nədir_İngilis dilində öyrən

Geography Lesson: What is a Volcano?

Elektron xəritə nədir?

Elektron xəritə nədir?


 Elektron Naviqasiya Xəritələri, məzmun, struktur və format olaraq standartlaşdırılmış, naviqasiya məlumat sistemlərində istifadə edilmək üzrə, təkcə ölkələrin dəniz xəritələrini istehsal etməklə borclu Hidroqrafiya Dairələri tərəfindən Beynəlxalq Hidroqrafiya Təşkilatının (IHO) müəyyənləşdirmiş olduğu S57 Ədədi Hidroqrafik Göstərici Dəyişiklik Standartına əsasən hazırlanmış vektör xəritələrdir. Bu xüsusiyyətləri, ENCLERİ digər vektör xəritələrdən ayrırır və kağız xəritələrin yerinə istifadə imkan verir. ENC bir bazasıdır və xəritə məlumatları bu məlumat bazası içində xarakterləri tanınmış nöqtə, xətt və sahələr şəklində toplanır. Bu sayədə ENCLER, ağıllı və çevik bir hal qazanır. Xəritə ağıllıdır çünki içərisindəki göstərici mühakimə etməyə açıqdır. Xəritə elastikdir çünki kulanıcının ehtiyaclarına cavab verəcək şəkildə ekran üzərində ekrana imkan tanıyır.

SHOD və elektron xəritə istehsalı

. İstehsal olunan elektron xəritələr ilk başda yalnız hərbi gəmilərdə istifadə edilirdi. Sonra, beynəlxalq dənizçilik təşkilatı IMONUN yönəltməsi elektron xəritələr dünya miqyasında paylanması üçün iki ayrı xaric kontorda toplanmağa başlandı (IC-ENC və Primar). Bu dilerlər, bütün millətlərin hidroqrafiya idarələri ilə apardıqları müqavilə lazımi elektron xəritələri toplamaqda xüsusi bir üsulla şifrləyərək S63 formatında (S63 şifrlənmiş S57) satışa hazır hala gətirirdi. Ancaq dünyada S57 formatı yalnız ECDIS adı verilən inkişaf etmiş və yüksək xərcli elektron xəritə nümayiş sistemləri tərəfindən açılıb şərh etmək. ECDIS sistemləri 20.000 €-nun üzərindəki xərclərdə olduğu üçün ancaq saxlanılmasının zəruri olduğu yüksək groston-lu kommersiya gəmilər tərəfindən istifadə edilir.

 Elektron xəritə istehsalı, yüksək texnoloji infrastruktur investisiya qoyuluşuna ehtiyac duyur. Həmçinin bir xəritə yalnız istehsal etməyin təhlükəsiz seyr etməkdə yetərli olmadığı dövrümüzdə hər kəs tərəfindən bilinən bir həqiqətdir. Bu çərçivədə SHOD, etmiş olduğu yeri ölçmə (dəniz məlumat toplama) fəaliyyətlərinin nəticəsində müntəzəm olaraq elektron xəritələrini təzələyir.

Elektron xəritə bölüşdürülməsi

 Elektron xəritələr SHOD tərəfindən istehsal edilir ancaq paylama dilerləri vasitəsilə aparılır. SHODUN birbaşa elektron xəritə satışı yoxdur. Bunun səbəbi, xəritələri açmaq bacarığına malik bir naviqasiya / xəritə proqramının gerekmesi və xəritələrin parolsuz olaraq satışının qadağan olmasıdır. Şifrələmə prosesi də mürəkkəb bir proses olduğu üçün SHOD bu vəzifəni elektroik xəritə dilerlərinə vermişdir.

 Ayrıca nəşr olunan təzələmələr də bağlı istifadəçilərin proqramlarına internet üzərindən çatdırılması, ayrı bir mürəkkəb əməliyyatı tələb edir və SHOD, əsl məsuliyyət sahəsinin kənarındakı bu əməliyyata əmək və zaman xərcləmək əvəzinə bunu mövzusunda mütəxəssis texnologiya firmalarına buraxmağı üstün etmişdir.

 Təbiət Texnologiya, SHOD ilə nümayəndəlik müqaviləsi gərəyi, elektron xəritələri şifrəli olaraq və öz inkişaf etdirdiyi sistem və cd-lər ilə bir paket halında satışa təqdim etmişdir. Xəritələr, Təbiət Texnologiyanın inkişaf etdirdiyi xüsusi alqoritmi ilə şifrə və hər hansı üçüncü şəxsin istifadəsinə texniki olaraq imkan yoxdur. Bu səbəbdən də xəritələr, xüsusi alqoritmi bilərək şifrləməni açma və xəritələri oxuma qabiliyyətinə malik Səyyar təminatı və digər sistemlər ilə bir bütün olaraq paylanılır.