19 Ekim 2017 Perşembe

Coğrafiya dərslərində İKT-dən istifadə- “Ən yaxşı müəllim”müsabiqəsinin qalibi, Coğrafiya İnstitutunun disertantı Aqil İsayev,

Coğrafiya dərslərində İKT-dən istifadə
Mən İsayev Aqil Nadir oğlu 17.12.2014 -cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncəmı ilə “Ən yaxşı müəllim”müsabiqəsinin qalibi oldum. Müsabiqədə qalib olmasaydım təəssüflənməzdim. Çünki bu müsabiqədə heç kim heç nə itirmədi, əksinə, qazandı. Müəllimlər bu müsabiqədə təcrübə mübadiləsi apardılar.
Akademik Budaq Budaqov
Bu yarışma müəllimlər üçün bir stimuldur. Stimul nailiyyətə aparır və rəqabət hissini gücləndirir. Buna görə mən cənab prezidentimiz İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Mənim məqsədim təkcə ali və orta ixtisas məktəblərinə şagird hazırlaşdırmaq, onlara bunun yolunu göstərmək yox, həm də milli və umumbəşəri dəyərlərə malik, dünyagörüşlü bir şəxsiyyət yetişdirməkdir. Hər bir müəllim öz fənini tədris edən zaman fikirləşməlidir ki, mən öz şagirdlərimə hansı bilik və bacarıqları öyrətməliyəm ki.bu bilik və bacrıqlar ona gələcəkdə bir vətəndaş kimi formalaşmasıda əsaslı rolu olsun.
Mən həm də Təhsil Problemləri İnstitutunda Joğrafiya fənni üzrə işçi qrupunun üzvüyəm. “Gənc Geoloqlar” layihəsinin rəyçilərindən biriyəm. Elektron xəritələr, “Gənc Topoqraflar və Gənc Ekoloqlar” layihəsini işləyib hazırlayıram. Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun orta məktəb fənn müəllimləri üçün təşkil etdiyi treninqlərdə yeni fənn kurikulumunun tətbiqi ilə bağlı treniqlərdə təlimçi olmuşam. Müxtəlif rayonlarda 300-dən artıq müəllimə dərs demişəm. Mən, öz növbəmdə, Azərbaycan təhsilinin gələcək inkişafı üçün əlimdən nə gəlirsə etməyə çalışacağam və “Ən yaxşı müəllim” adını şərəflə qoruyacam.
Beynəlxalq seminarda
Şəmkir Rayon RTŞ-in müdur müavini Hafiz Pənahovla

Respublikamızın təhsil sahəsində İKT-nin tətbiq olunması ilə bağlı muxtəlif dövlət proqramları qəbul olunmuşdur. Bu proqramlarda nəzərdə tutulan işlər uğurla yerinə yetirilmiş və təhsilimizin inkişafında əhəmiyyətli rol oynamışdır. Çünki, XXI əsrin tələblərinə cavab verən dərslərin qurulmasında İKT-nin rolu danılmmazdır.
Möhtərəm prezidentimiz İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında” təhsil verənlərin innovativ təlim metod və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsi, təhsil müəssisələrində informasiya komnukasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastruktrun yaradılması göstərilmişdir. Bu strategiyada göstərilən digər strteji hədəf və tədbirlər İKT-nin təlim fəaliyyətində uğurlu tətbiqinə daha da əlverişli şərait yaradacaq.
Kurikulum islahatlarını zəruri edən səbəblərdən biri də informasiya əsrinin tələbləridir ki, kurikulumlar və dərsliklər hazırlanarkən bu sahəyə daha çox yer verilməsi şagirdlərin ümumi bilik, bacarıq və vərdişlərinin mükəmməl şəkildə formalaşmasında mühüm rol oynayır. Müxtəlif internet saytlarından, multimediya vasitələrindən və komputer proqramlarından (Coğrafi İnformasiya Sistemləri (CİS) Google Earth, Google map və s.) istifadə təlimdə yeni yanaşmaların uğurlu təşkil olunmasına əlverişli şərait yaradır. İstənilən coğrafi hadisələrin vizual izlənməsi həm şagirdlərin dərsə marağını artırır, həm də onların intellekt səviyyəsini yüksəldir. 
Kurikulum tətbiq edilən siniflərdə coğrafiya dərslərində müxtəlif mövzularda motivasiyanin qurulmasında, eyni vaxtda müxtəlif qruplara fərqli tapşırıqların verilməsində, nəticə və ümumiləşmədə İKT-nin rolu böyükdür. Təcrübə götərir ki, coğrafiya dərslərində Coğrafi İnformasiya Sistemlərindən istifadə şagirdlərə təhsilin məzmununu daha yüksək səviyyədə mənimsəməyə şərait yaradar. Çünki coğrafi İnformasiya Sistemləri, coğrafi obyekt və hadisələrə aid məkansal və atributiv məlumatların toplanmasını, saxlanmasını, yeniləşdirilməsini, analizini, modelləşdirilməsini, proqnozunu hazırlayan və bunları kompüter ekranında və ya kağız üzərində göstərən, planlamada və problemin həll yollarının tapılmasında istifadə edilən kompüter dəstəkli bir texnologiyadır. Coğrafi İnformasiya Sistemləri yer kürəsini və fəzanı bütün xüsusiyyətləri ilə birlikdə təsvir edir, onlara aid məlumatları saxlayır, müxtəlif növlü informasiyaları təhlil və inteqrasiya edir, bunların nəticəsində müxtəlif proqnoz və ssenarilər hazırlayır. Müasir dövrdə ESRI, Map-Info və Integraph kimi şirkətlər CİS-nin qurulmasında, inkişaf etdirilməsində və yayılmasında çox mühim əhəmiyyətə malikdirlər. Coğrafi İnformasiya Sistemləri layihələrində geniş tətbiq olunan proqram vasitələri kimi ArcGIS, AutoCAD və s. proqramlardan istifadə olunur. Məkansal və atributiv məlumatları, bu məlumatlar arasındakı məntiqi və topologiya əlaqələrini birləşdirən və məkansal təhlilləri reallaşdırma imkanına sahib olan Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyası inkişaf etdirilmişdir.
Dünyada ilk dəfə 1960-cı illərdə Coğrafi İnformasiya Sistemi Kanada (CGIS: Canadian Geographic Information System) dr. Roger F. Tomlinson tərəfindən yaradılmışdır. Respublikamızda isə 2000-ci ildən GİS müxtəlif sahələrdə tətbiq olunmağa başlanmışdır.
Bildiyimiz kimi, coğrafiya dərslərində xəritələrin rolu böyükdür. Coğrafi İnformasiya Sistemlərində xüsusi proqramlar (ArcCatalog, ArcMap, ArcGlobe, ArcScene) xəritələrə nisbətən daha çox əlverişlidir.
Xəritələrdə göstərilən dağlar adlarına və rənginə görə müəyyən edilir. Lakin CİS-də 3D formatında dağların forması (zirvəsi, yamacı, ətəkləri) su hövzələrinin dib relyefi də çox aydın nəzərə çarpır ki, bu da şagirdləri daha diqqətli və maraqla dərsi izləməyə müxtəlif maraqlı fikirlər söyləməyə sövq edir. Xəritədə bir müstəvi üzərində həddən artıq məlumat bazası ilə yükləndiyi üçün şagirdlər coğrafi obyeklərin oxunmasında çətinlik cəkir. CİS-də istənilən coğrafi obyektləri məs. çaylar, kanallar, göllər və s. haqqında məlumat almaq daha əlverişlidir. Burada panellərdə göstərilən xüsusi işarələrlə coğrafi obyektləri bir-birindən ayırılıqda göstərmək olar. CİS-də şəti işarələrin mövcudluğu xəritələrin məlumatlılığını və əhəmiyyətini artırır.

Şagirdlərin kontur xəritə üzərində coğrafi obyektləri işləməsinin əhəmiyyəti yüsək olduğu kimi, gələcəkdə bu obyektləri CİS-də işləmək daha maralı, dəqiq və əhəmiyyətli olacaq.
Coğrafi İnformasiya Sistemlərindən istifadə öz növbəsində inteqrativliyi təmin edir. Coğrafiya dərslərində multimedia vasitələrinə (tədris SD-ləri, disketlər və s.) daha çox ehtiyac var. Çünki bu vasitələr şagirdlərdə əyaniliyin təmin olunmasına şərait yaradar, qısa vaxt ərzində daha çox mükəmməl bacarıqların əldə edilməsinə geniş imkanlar açar.

2 yorum:

  1. Coğrafiya dərslərində CİS dən istifadə həm müəllimlərin həm də şagirdlərə eyanilik baxımından çox böyük köməkdir

    YanıtlaSil
  2. Cis texnologiyasinin alet ve programlarini istifadesi universitetlerde telebelere öyredilmelidir.

    YanıtlaSil